Bakı. Trend:
Türkiyə ikitərəfli münasibətlərin normallaşması prosesində Ermənistandan konkret addımlar gözləyir.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT" kanalının efirində deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri N.Paşinyanla telefon danışığı zamanı münasibətlərin normallaşması prosesi müzakirə olunub.
"Biz Ermənistan tərəfinin konkret addımlar atmasını gözləyirik. Biz münasibətlərin normallaşması prosesində ciddi və qətiyyətliyik", - deyə Türkiyə Prezidenti bildirib.
R.T.Ərdoğan əlavə edib ki, Azərbaycan bu məsələdə Türkiyə üçün əvvəldən "qırmızı xətt" olub. O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərdə yanaşmanı Azərbaycanla koordinasiyada inkişaf etdirir.