...

Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb

Siyasət Materials 5 Avqust 2022 19:47 (UTC +04:00)
Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb

Bakı. Trend:

Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan XİN-in Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanatında deyilir:

"Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti