Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 13-cü Səfirlər Konfransında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, səfər 8-9 avqust tarixlərində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutacaq.
Qeyd edilir ki, C.Bayramovun 13-cü Səfirlər Konfransında nitqlə çıxış etməsi planlaşdırılır.