Bakı. Trend:
Kanada Azərbaycanla əlaqələri möhkəmləndirməyə davam etməyə sadiqdir.
Trend xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Jolinin ölkəsinin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında deyilir.
"Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümüdür.
Otuz il ərzində ölkələrimiz ümumi dəyərləri təbliğ etmək üçün beynəlxalq arenada güclü işgüzar əlaqələr qurublar", - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, Azərbaycan və Kanada Ukraynaya humanitar yardım edir, Əfqanıstanda birgə işləyiblər və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur.
"Bu mühüm günü qeyd edərkən biz Azərbaycanla əlaqələri möhkəmləndirməyə davam etməyə sadiq olduğumuzu bir daha təsdiq edirik. Qarşıdakı illərdə bu mühüm dostluğu möhkəmləndirməklə daha da dərin əlaqələr qurmağı səbirsizliklə gözləyirik", - deyə bəyanatda bildirilib.