...

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Siyasət Materials 21 Avqust 2022 13:53 (UTC +04:00)
Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti