...

Ermənistanın siyasi rəhbərliyi heçliyə çevrilib, ordu da mahiyyətcə nizamsızdır - Erməni politoloq

Siyasət Materials 14 Sentyabr 2022 19:40 (UTC +04:00)
Ermənistanın siyasi rəhbərliyi heçliyə çevrilib, ordu da mahiyyətcə nizamsızdır - Erməni politoloq
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın siyasi rəhbərliyi heçliyə çevrilib, ordu da mahiyyətcə nizamsızdır.

Trend-in məlumatına görə, bunu erməni politoloq Hayk Martirosyan son günlərdə Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərlə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyini tənqid edərkən deyib.

O qeyd edib ki, Ermənistanın məhvində yeganə əsas günahkar erməni xalqıdır. Politoloq Ermənistan Müdafiə Nazirliyinin erməni tərəfdə itkilər barədə məlumat yaydığını, digər dəqiqləşdirilməmiş mənbələrin məlumatına görə, Ermənistanın cənub hissəsində artıq ərazi itkiləri olduğunu vurğulayaraq yeganə çıxış yolunun şiddətli xalq üsyanı, xarici siyasi vektorun ABŞ-a doğru dəyişməli olduğunu vurğulayıb.

Hayk Martirosyan Eemənistan Müdafiə Nazirliyinin baş verənləri “təxribat” adlandırmasına əsasən bildirib ki, təxribat rəqibi başqa bir hərəkətə təhrik etmək üçün bir hərəkətin həyata keçirilməsidir, lakin Ermənistanın siyasi rəhbərliyi heçliyə çevrilib, ordu da mahiyyətcə nizamsızdır.

"Azərbaycan heç nəyə təhrik etmir, sadəcə Ermənistanı məhv etmək problemini həll edir", - o bildirib.

Politoloq, həmçinin, əlavə edib ki, Ermənistanın onurğa sütunu olan Sünikin dağıdılması nəticəsində hakimiyyətin yeni xain rejimi - “xilaskar" Rusiyanın, “xilaskar” rejimi gələcək. Ermənistan sadəcə olaraq xilas ola bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti