...

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi başa çatıb (FOTO/VİDEO)

Siyasət Materials 22 Sentyabr 2022 17:57 (UTC +04:00)
Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi başa çatıb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb.

MN-dən Trend-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji infrastrukturlarının mühafizəsini təşkil ediblər.

Döyüş atışlı təlimdə, həmçinin şərti düşmənin suüstü hücum vasitələrinin, üzən mina və hava hədəflərinin, eləcə də terror-diversiya qruplarının məhv edilməsi üzrə tapşırıqlar hərbi dənizçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargah zabitlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti