Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Twitter" hesabında 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik".