...

YAP nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər (FOTO)

Siyasət Materials 27 Sentyabr 2022 17:08 (UTC +04:00)
YAP nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Bu barədə Trend-ə partiyadan məlumat verilib.

Sonra hər iki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının, Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirələri ehtiramla yad olunub, məzarlarının önünə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti