Ağdam. Trend:
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə uzunmüddətli inklüziv və dayanıqlı iqtisadi inkişafı hədəfləyir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində deyib.
"Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə əsasən başlıca məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyların tətbiqinə yönəldilmiş investisiyaların cəlb edilməsi, regionun potensialının səmərli reallaşdırılmasıdır", - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında sahibkarlar üçün bütün şərait yaradılıb.
(Tərcümə: Orxan Nəbiyev)