...

Azad edilmiş ərazilərdə enerji və su təchizatı, İKT sahəsində böyük tikinti işləri gedir - Emin Hüseynov

Siyasət Materials 8 Oktyabr 2022 10:55 (UTC +04:00)
Azad edilmiş ərazilərdə enerji və su təchizatı, İKT sahəsində böyük tikinti işləri gedir - Emin Hüseynov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə baza və sosial infrastrukturun inkişafı hazırda sürətlə davam edir.

Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Baza infrastrukturu ilə bağlı danışarkən E.Hüseynov bildirib ki, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində işlər parallel olaraq aparılır.

“Bu gün 9 magistral və iki dəmir yolu tikilir. Enerji və su təchizatı, eləcə də İKT infrastrukturu sahəsində böyük tikinti işləri gedir. Sosial infrastruktur baxımından artıq 4 məktəb layihəsi həyata keçirilib. Tezliklə Ağdam və Füzulidə iki məktəb və xəstəxananın tikintisinə başlanılacaq. Qarabağ iqtisadi rayonunda artıq yaşayış binalarının da tikintisinə başlamışıq. Mədəni irsin qorunub saxlanması bizim digər mühüm prioritetimizdir. Hazırda Ağdamda Cümə və Qiyaslı məscidləri bərpa olunur, Pənahəli xanın Sarayı, imarətlərdə isə yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti