Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Tini Koks Ermənistan və Azərbaycanı Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün yollar axtarmaq məqsədilə səyləri artırmağa çağırıb.
Trend-in məlumatına görə, o, bu sözləri AŞ PA-nın payız sessiyası zamanı deyib.
"Mən Ermənistan və Azərbaycan parlamentarilərini bu məkanı kəskin və vacib mövzuların dialoq yolu ilə müzakirəsi üçün forum qismində istifadə etməyə çağırıram", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)