...

Prezident İlham Əliyev: Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür

Siyasət Materials 13 Oktyabr 2022 19:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür

Bakı. Trend:

Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq.

Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır. Sizi Zirvə Toplantısının uğurla keçirilməsi münasibətilə bir daha təbrik etmək və qonaqpərvərliyə görə təşəkkür etmək istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti