...

Putin Ermənistanla Azərbaycan arasında razılaşmanı zəruri hesab edir

Siyasət Materials 27 Oktyabr 2022 20:47 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması fikrini dəstəkləyir, eyni zamanda Moskva İrəvanın üzərinə hər hansı bir öhdəlik qoymaq niyyətində deyil, həll yolunu seçmək erməni xalqının və rəhbərliyinin işidir.

Trend-in TASS-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır və biz sülh yolu ilə nizamlanmanın, eləcə də sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq”. Hansı varianta gəlincə, bu, Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir” - Rusiya dövlət başçısı bildirib.

"Sülhə gətirib çıxaran istənilən variantın tərəfdarıyıq. Amma biz heç bir öhdəlik qoymaq fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik", - V.Putin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti