...

Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır - Prezidentin xüsusi nümayəndəsi

Siyasət Materials 3 Noyabr 2022 10:46 (UTC +04:00)
Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır - Prezidentin xüsusi nümayəndəsi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır.

Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli" mövzusunda bu gün keçirilən konfransda deyib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib: "Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur".

Onun sözlərinə görə, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir: "Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır", - E.Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti