...

Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərində olublar (FOTO)

Siyasət Materials 5 Noyabr 2022 16:53 (UTC +04:00)
Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərində olublar (FOTO)

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

Trend xəbər verir ki, Baş nazir Ə.Əsədov və Türkiyənin Vitse-prezidenti F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti