...

Pakistanın “Minar-e-Pakistan” abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)

Siyasət Materials 8 Noyabr 2022 13:51 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

Trend xəbər verir ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir.

Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti