Bakı. Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə L.Abdullayeva bazar ertəsi özünün "Twitter" hesabında yazıb.
"Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə Mondoloniyə təşəkkürümü bildirirəm", - deyə səfir bildirib.