Bakı. Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Trend xəbər verir ki, diplomat bu barədə "Twitter” hesabında paylaşım edib.
"Fransa Milli Assambleyasının nəzərinə: Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”, - Leyla Abdullayeva qeyd edib.