...

Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına töhfə vermək üçün əlindən gələni etməkdə maraqlıdır - Lavrov

Siyasət Materials 5 Dekabr 2022 14:01 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına töhfə vermək üçün əlindən gələni etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

"Bizim müntəzəm əlaqələrimiz var. Diplomatik münasibətlərin 30 illiyidir. Səfər mübadiləsi bu yubileyi layiqincə qeyd etmək üçün təsdiqlədiyimiz tədbirlər planında nəzərdə tutulub. Amma təbii ki, bu ilin xüsusi əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni keyfiyyətlərini möhkəmləndirən Müttəfiqlik Münasibətləri haqqında Bəyannamənin imzalanması ilə bağlıdır. Şübhəsiz, biz bu gün prezidentlərin bu ən mühüm sənəddə müəyyən etdikləri prinsiplərin ikitərəfli əlaqələrimizin bütün sahələrində necə həyata keçirilməsi məsələsinə baxmaq üçün yaxşı fürsət qazanmışıq. Vacib mövzu Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlərin icrasının gedişatıdır.

Biz nəqliyyat əlaqələrinin bərpasına, sərhədlərin delimitasiyasına, sülh müqaviləsinin bağlanmasına və o cümlədən ictimai strukturlar, politoloqlar, parlamentarilər arasında əlaqələrin inkişafı yolu ilə etimad quruculuğu tədbirlərinin gücləndirilməsinə maraqlıyıq. Regionda qarşılıqlı fəaliyyət, Xəzər məsələsi, BMT-dəki təmaslar, çox çətin dövrlərdən keçən ATƏT-də, MDB-də və ümumi məkanımızda gedən digər proseslər hər zaman gündəmimizdədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti