...

“France 24” telekanalının qeyri-qanuni qurumun qondarma nümayəndəsi ilə müsahibəsi separatizmin təbliğatını təşviq edir - Leyla Abdullayeva

Siyasət Materials 8 Dekabr 2022 12:22 (UTC +04:00)
“France 24” telekanalının qeyri-qanuni qurumun qondarma nümayəndəsi ilə müsahibəsi separatizmin təbliğatını təşviq edir - Leyla Abdullayeva

Bakı. Trend:

“France 24” telekanalının dünya ictimaiyyəti tərəfindən tanınmayan qeyri-qanuni qurumun qondarma nümayəndəsi ilə müsahibəsi separatizmin təbliğatını təşviq edir.

Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində özünü qondarma "Dağlıq Qarabağ"ın "rəhbəri" kimi təqdim edən Araik Arutyunyanın müsahibəsinin yayımını şərh edərkən yazıb.

“Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək məqsədi daşıyır və sülh səylərinə ziyan vurur, gərgin vəziyyəti daha da gərginləşdirir”, - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti