Bakı. Trend:
Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 5.3-cü bəndinə uyğun olaraq qərara alınır:
1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Əbdüləziz bin Osman əl-Tüveycri
Əliyeva Fərəh Şirməmməd qızı
Əliyeva Leyla İlham qızı
Əli-zadə Firəngiz Əli Ağa qızı
Həbibbəyli İsa Əkbər oğlu
Koiçiro Matsuura
Şarovski Aleksandr Yakovleviç
Vəlixanova Nailə Məmmədəli qızı
Zabelin Mixail Yuryeviç.
2. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2313) 1-ci hissəsi ləğv edilsin.