Bakı. Trend:
Türkiyənin vitse-prezienti Fuad Oktay müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, bu barədə bu gün Fuad Oktay "Twitter" hesabında yazıb: “Can Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin əziz xatirəsini vəfatının 19-cu ildönümündə ehtiramla anıram. Ruhu şad, məkanı cənnət olsun”.