...

Qadınların sahibkarlıq sahəsində iştirakçılığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - Sevil Mikayılova

Siyasət Materials 14 Dekabr 2022 14:22 (UTC +04:00)
Qadınların sahibkarlıq sahəsində iştirakçılığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - Sevil Mikayılova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qadınların sahibkarlıq sahəsində iştirakçılığının artırılması çox vacib məsələdir və bu sahə dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşib. Bununla bağlı bir sıra dövlət proqramlarının həyata keçirilməsi də buna bir işarədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova dekabrın 14-də Milli Məclisdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O qeyd edib ki, müsbət dinamika müşahidə edilsə də, qadınların sahibkarlıq sahəsində say nisbəti hələ də azdır.

“Bu sayın artırılması həm qanunverici orqanın, həm icraedici orqanların işində prioritet istiqamətlərdən biri kimi müəyyənləşməlidir.

Biz regionlarda seçicilərlə görüşlər keçiririk, qadınların problemləri ilə maraqlanırıq. Onlar əsasən maliyyə çıxışı ilə bağlı problemin olduğunu diqqətə çatdırırlar və biznesə başlamaq üçün müəyyən maliyyə çətinliklərinin olduğunu bildirirlər. Düşünürəm ki, bunun üzərində işləməliyik.

İkinci ən mühüm məsələ isə instrumental alətlərin azlığıdır. Belə ki, biznesin əsasını təşkil edən əsas məsələlər arasında mühasibatlıq və hüquqi yardım yer alır. Bu xidmətin hər ikisinə çıxışın məhdudluğu mövcuddur. Eyni zamanda sahibkarlıq fəaliyyətində risklərin aradan qaldırılması çox mühüm məsələdir. Biznes sektoru risklərlə zəngindir və biznesə başlayan zaman riskləri də nəzərə almaq lazımdır. Bu istiqamətdə də fəal işləməyimiz vacibdir”, - deyə S.Mikayılova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti