...

Ermənilərin Avropa Parlamentinin binasında deputatları maliyyələşdirdiyini öz gözümüzlə görmüşük - Tural Gəncəliyev

Siyasət Materials 20 Dekabr 2022 11:39 (UTC +04:00)
Ermənilərin Avropa Parlamentinin binasında deputatları maliyyələşdirdiyini öz gözümüzlə görmüşük - Tural Gəncəliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentində (AP) baş verən korrupsiya skandalı bir daha sübut etdi ki, AP üzvləri Ermənistandan aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırdılar.

Trend-in məlumatına görə, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, korrupsiyada ittiham edilən AP üzvlərinin Ermənistana yaxın olmaları bir daha sübut edir ki, onlar Ermənistan tərəfindən maliyyələşdirilir. “Biz öz gözümüzlə görmüşük, erməni biznesmenlər Avropa Parlamentinin binasında oturub deputatları maliyyələşdirirlər, onları pul müqabilində Azərbaycana qarşı işə cəlb edirlər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti