Bakı. Trend:
Latviya Respublikasının Prezidenti Egils Levitsdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.
Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".