...

Azərbaycan Prezidentinin köməkçisi ilə ABŞ prezidentinin müşaviri arasında telefon danışığı olub

Siyasət Materials 22 Dekabr 2022 21:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə H.Hacıyev cümə axşamı özünün "Twitter" səhifəsində yazıb.

"Biz ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh sazişi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim.

Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ətraf mühitə dəyən ziyanla bağlı Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası keçirən Azərbaycan vətəndaş cəmiyyətinin haqlı narahatlığını ifadə etdim. Ermənistanın "blokada" ilə iddiaları əsassız qara təbliğat cəhdləridir", - deyə H.Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti