...

Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir - Peskov

Siyasət Materials 29 Dekabr 2022 14:11 (UTC +04:00)
Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir - Peskov

Bakı. Trend:

Rusiya üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya, ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir”, - deyə D.Peskov bildirib.

O vurğulayıb ki, Rusiya tərəfi həm İrəvanla, həm də Bakı ilə təmas şəklində öz işini və səylərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti