...

Prezident İlham Əliyev: Ağdamın məşhur "İmarət" stadionu yenidən qurulacaq, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq

Siyasət Materials 9 Yanvar 2023 13:04 (UTC +04:00)
Prezident İlham Əliyev: Ağdamın məşhur "İmarət" stadionu yenidən qurulacaq, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq

Bakı. Trend:

Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti