Bakı. Trend:
Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu ilə dünyada müharibə texnikalarını dəyişir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nəsil haubitsaların təqdimat mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, haubitsalar Türkiyənin gücünə güc qatacaq.
"20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız keçən il 4 milyard 400 milyon dollarla rekord qırdı. 2002-ci ildə müdafiə sənayesində cəmi 56 şirkət fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2 mini keçib. Müdafiə sənayesində tədqiqat və inkişafa ayrılan illik büdcənin 49 milyon dollardan 1,5 milyard dollara yüksəldiyi günlərə çatdıq", - deyə R. T. Ərdoğan əlavə edib.