Bakı. Trend:
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə çərşənbə axşamı NATO rəsmisi Trend-ə bildirib.
"Bu həftə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Bakı və İrəvana səfər edəcək. Onun səfəri NATO-nun bu iki mühüm tərəfdaş ölkəsindən olan həmkarları ilə mütəmadi siyasi məsləhətləşmələrin bir hissəsidir", - strukturdan bildirilib.
Mənbənin məlumatına görə, Kolomina səfər zamanı yüksək vəzifəli şəxslərlə regionda təhlükəsizlik məsələləri və NATO-nun hər iki ölkə ilə tərəfdaşlıq münasibətlərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağı planlaşdırır.