...

Azərbaycanın Tehran səfirliyinə xain hücumu lənətləyirik - Türkiyə səfiri

Siyasət Materials 27 Yanvar 2023 11:52 (UTC +04:00)
Azərbaycanın Tehran səfirliyinə xain hücumu lənətləyirik - Türkiyə səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.

“Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara təcili şəfalar diləyirəm”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti