...

Moskva Azərbaycan, Rusiya və Ermənistanın XİN rəhbərlərinin üçtərəfli görüşünü keçirməyə hazırdır

Siyasət Materials 27 Yanvar 2023 16:53 (UTC +04:00)
Moskva Azərbaycan, Rusiya və Ermənistanın XİN rəhbərlərinin üçtərəfli görüşünü keçirməyə hazırdır

Bakı. Trend:

Moskva Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin daha əvvəl baş tutmamış üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirdi.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Rusiya tərəfi xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazır olduğunu təsdiqləyir. Biz bu barədə rəsmi Bakı və İrəvanı məlumatlandırmışıq və bu barədə ictimaiyyətə açıq şəkildə bildirmişik. Zənnimizcə, regionda mütəmadi olaraq yaranan çətinliklər danışıqlar prosesinin qarşısında maneə olaraq qalmamalı, "danışıqları dondurmaq" üçün səbəb olmamalıdır", - diplomat deyib.

Qeyd edək ki, ötən ilin dekabr ayında erməni tərəfi Moskvada üçtərəfli görüşün növbəti mərhələsini pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti