...

Qazaxıstan Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir - XİN

Siyasət Materials 27 Yanvar 2023 19:39 (UTC +04:00)
Qazaxıstan Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir - XİN

Bakı. Trend:

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik nümayəndəliyin əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Qazaxıstan diplomatik nümayəndəliklərə və onların nümayəndələrinə qarşı hər hansı zorakılıq təzahürü və təcavüz aktını qəbuledilməz hesab edir. Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını və normalarını pozur və ümumbəşəri qınaq obyektidir. Biz qardaş Azərbaycan xalqına səmimi başsağlığı veririk, o cümlədən həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Orxan Əsgərovun ailəsi və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara tezliklə şəfa diləyirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyət orqanları faktla bağlı hərtərəfli araşdırma aparacaq və hadisəni törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək”, - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti