Bakı. Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Xarici Əlaqələr, Müdafiə və Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Kristian Kambon ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə səfir öz "Twitter" hesabında yazıb.
"İkitərəfli və regional məsələlər üzrə çox maraqlı və faydalı fikir mübadiləsi üçün Kristian Kambona təşəkkür edirəm. Regionda davamlı sülhün bərqərar olması mütləq zərurətdir! Görüşümüz zamanı vurğuladığım kimi, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq və öz suveren ərazilərində, o cümlədən Latçin yolu ilə yanaşı, bütün regionda sülh naminə səylərini davam etdirəcək", -deyə səfir qeyd edib.