Bakı. Trend:
Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Buna səbəb Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsində barışığın əldə olunması üçün atdığı addımlar göstərilib.
"Macarıstanın enerji təhlükəsizliyi mövzusunda da Türkiyənin rolu danılmazdır", - deyə o əlavə edib.