...

ABŞ dövlət katibinin müavininin müşaviri bu gün Azərbaycana gələcək

Siyasət Materials 1 Fevral 2023 22:51 (UTC +04:00)
ABŞ dövlət katibinin müavininin müşaviri bu gün Azərbaycana gələcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman bu gün Azərbaycana gəlir, səfər fevralın 4-dək davam edəcək.

Trend-in ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində rəsmi şəxslərlə görüşlər, o cümlədən Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu görüşündə iştirak nəzərdə tutulub.

L.Lohman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası Qrupuna sədrlik edir və ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyini, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti