...

Zəngəzur dəhlizinin açılması bütün tərəflərin xeyrinədir - Hulusi Akar

Siyasət Materials 2 Fevral 2023 15:22 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması bütün tərəflərin  xeyrinədir - Hulusi Akar
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması bütün tərəflərin xeyrinədir, dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

O qeyd edib ki, Türkiyə bu günə qədər Azərbaycanın haqlı davasını hər zaman dəstəklədi və bundan sonra da dəstəkləməyə davam edəcək.

"Zəngəzur dəhlizinin açılması hamının xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək. Sülhə nail olmaq, ölkələrin təhlükəsizliyi üçün biz bu layihənin tezliklə reallaşmasını ümid edirik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti