...

Qərbi Azərbaycan İcması Türkiyəyə başsağlığı verib

Siyasət Materials 6 Fevral 2023 10:34 (UTC +04:00)
Qərbi Azərbaycan İcması Türkiyəyə başsağlığı verib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, icmanın sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcması adından zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyib.

Ə.Ələkbərli yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti