...

Biz İrandan hadisəni törədənlərin cəzalandırılmasını tələb etmişik - Ayxan Hacızadə

Siyasət Materials 6 Fevral 2023 15:46 (UTC +04:00)
Biz İrandan hadisəni törədənlərin cəzalandırılmasını tələb etmişik - Ayxan Hacızadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz İrandan hadisəni törədənlərin cəzalandırılmasını tələb etmişik.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqdə deyib.

“Lakin indiyə qədər İran tərəfindən heç bir rəsmi məlumat verilməyib. Terrorçunun ruhi xəstə olması barədə iddialar səsləndirilib. Müşahidələrdən görünür ki, bu şəxs heç də ruhi xəstə deyil. Dövlət kanallarına terrordan dərhal sonra müsahibə verilməsi bunu sübut edir”, - deyə o əlavə edib.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti