...

Elektron Hökumət Sistemi ilə əlaqədar daha bir Əsasnamədə dəyişiklik edilib

Siyasət Materials 8 Fevral 2023 16:40 (UTC +04:00)
Elektron Hökumət Sistemi ilə əlaqədar daha bir Əsasnamədə dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

- Aşağıdakı məzmunda 23-3-cü maddə əlavə edilir:

“23-3. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti