...

Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə göndərilən humanitar yardım Qaziantepə çatıb (FOTO/VİDEO)

Siyasət 9 Fevral 2023 09:56 (UTC +04:00)
Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə göndərilən humanitar yardım Qaziantepə çatıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.

Trend xəbər verir ki, fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti