...

İranın Münxen Təhülkəsizlik Konfransına dəvət olunmaması ciddi siqnaldır

Siyasət Materials 18 Fevral 2023 12:37 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İranda 44 illik siyasi hakimiyyət bir ideoloji rejimdir, onun qadınlara və ölkədə yaşayan millətlərə ayrı-seçkilik siyasəti qəbuledilməzdir.

Bütün bu səbəblərdən insanlar qanunsuz bir məmləkətdə yaşadıqlarına etiraz edirlər. Ölkədə yaşayanların çoxu şəriət əsasında tətbiq edilən siyasətdən bezib. Əsasən də indiki gənc nəsil bu siyasəti qəbul etmir. Ötən ilin sentyabrından başlayan kütləvi aksiyaların həbslərə və edamlara baxmayaraq davam etməsi İranda daxili vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir.

Bundan başqa, İran rejimi öz apardığı yarıtmaz siyasəti nəticəsində dünya ölkələri ilə də münasibətləri pisləşdirib. İran bəzi ölkələrdə terror şəbəkələri qurub və təxribatlarla məşğuldur. İranın terrora dəstək verdiyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə hücumla bir daha təsdiqləndi. Məlum terror hadisəsi nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirildi, iki nəfər isə yaralandı. Lakin İran hakimiyyəti bu terror hadisəsini ciddi şəkildə araşdırmır.

İllərdir ki, ABŞ və bəzi dövlətlər İrana müxtəlif sanksiyalar tətbiq edib. Ancaq İran rejimi mənfur xislətindən əl çəkmir.

İran rejimi artıq Almaniyada keçirilən Münxen Təhülkəsizlik Konfransına da dəvət olunmur. Bu, onu göstərir ki, qərb dövlətləri indiki İran hakimiyyətini ümumiyyətlə qəbul etmirlər. Əsas maraqlı məqam isə İran müxalifətinin, o cümlədən, Reza Pəhləvinin konfransa dəvət olunmasıdır. Bu, çox ciddi siqnaldır və hazırkı İran hakimiyyətinin qərb dövlətləri ilə bütün körpüləri yandırdığı anlamına gəlir.

Reza Pəhləvinin Münxen Təhülkəsizlik Konfransına dəvət olunmasının əsas məqsədi dünyada hazırkı İran rejiminə müxalif olan qüvvələri bir yerə toplamaqdır. Avropa və ABŞ hazırkı İran rejiminə rəqib kimi Reza Pəhləvini görür. Reza Pəhləvinin anası Fərəh Pəhləvi əslən azərbaycanlıdır. Əgər Reza Pəhləvi İranda hakimiyyətə gələrsə, azərbaycanlıların milli və mədəni hüquqlarının tapdalanmasına və Ermənistanla yaxın münasibətlərə son qoyula bilər.

Diqqətçəkən məqamlardan biri də budur ki, dünən Almaniyanın Münxen şəhərində yaşayan iranlılar şəhərin mərkəzi küçələrində İran rejiminə qarşı kütləvi etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!”, “Rədd olsun diktatura!”, “Qadınlara azadlıq!” kimi şüarlar səsləndiriblər.

Bu etiraz dalğalarının böyüməsi ilə bundan sonrakı mərhələlərdə bu rejim çox ağır şəraitlə üz-üzə qalacaq və etirazların səngiməməsi nəticəsində rejimin çökməsi də mümkündür. Bu proseslərin davam edəcəyi gözlənilir. İran İslam Respublikası adlı bu ölkənin durumu isə bu etirazlardan öncəki bir durum olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti