Bakı. Trend:
Çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra yerli kanallara açıqlamasında deyib.
Dövlət başçısı bildirib:
"Bilmirəm, bunu siz daha yaxşı şərh edə bilərsiniz. Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərindən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi".