...

Britaniyalı nazir Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 23 Fevral 2023 10:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər Xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.

"Cənab nazir Leo Dokerti ilə Şəhidlər Xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik", - deyə qeyd edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti