Bakı. Trend:
"Baku Network" platformasında "Tofiq Abbasovla dialoq" analitik video layihəsinin növbəti buraxılışı efirə çıxıb.
Verilişin qonağı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, Fərhad Bədəlbəyli olub.
Verilişdə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiya məsələləri müzakirə olunub, həmçinin dialoqun və kontakt prosesinin bərpasının vacibliyi qeyd olunub.
Fərhad Bədəlbəylinin sözlərinə görə, proses çox ağrılı olacaq, çünki hər iki tərəfdə çoxlu qarşılıqlı inciklik yığılıb.
"İstəyirəm ki, bu daimi ədavət zolağı heç olmasa tədricən yox olmağa başlasın. Nəticə o zaman ola bilər ki, biz öz sakinlərimizlə, yəni Azərbaycanın erməni vətəndaşları ilə danışıqlar masasının arxasında oturaq", - o qeyd edib.
Trend BİA verilişin tam buraxılışını oxucuların nəzərinə çatdırır: