...

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 29 Mart 2023 15:41 (UTC +04:00)
Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

Trend-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında qeyd edib.

Bildirilib ki, bu görüşdə nazirlər strateji əlaqələrimizin genişləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti