...

Azərbaycan XİN Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Siyasət Materials 2 Aprel 2023 20:44 (UTC +04:00)
Azərbaycan XİN Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Bakı. Trend:

Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter hesabında bildirilib.

Qeyd edilib ki, bu gün bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti