...

Prezident İlham Əliyev “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirib

Siyasət Materials 4 Aprel 2023 15:55 (UTC +04:00)
Prezident İlham Əliyev “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

Trend xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirdi, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə etdi.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti