...

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir

Siyasət Materials 5 Aprel 2023 16:00 (UTC +04:00)
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Trend-in məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 300-ə yaxın müraciətə baxılıb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti